Əsas Səhifə > Dünya / Manşet > Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək25-03-2017, 00:19. |
Aprelin 7-də Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib. İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir. Məlumatda deyilir ki, iclasda MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq. Geri qayıt |