Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 25-03-2017, 00:19
Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Aprelin 7-də Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.

İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Məlumatda deyilir ki, iclasda MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz