Əsas Səhifə > Dünya / Üst manşet > Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb
Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb9-06-2017, 10:22. |
Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terroru maliyyələşdirməkdə və Qətərdən maliyyə dəstəyi almaqda ittiham olunan 59 şəxsi və 12 təşkilatı terrorçu siyahısına salıb. SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub. Qətər XİN rəhbəri bütün ittihamları rədd edib. (APA) Geri qayıt |