Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb
Tarix: 9-06-2017, 10:22
Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terroru maliyyələşdirməkdə və Qətərdən maliyyə dəstəyi almaqda ittiham olunan 59 şəxsi və 12 təşkilatı terrorçu siyahısına salıb.
SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub.
Qətər XİN rəhbəri bütün ittihamları rədd edib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər