Əsas Səhifə > Dünya / Üst manşet > İsveçrə Türkiyə ilə bağlı istintaqa başladı
İsveçrə Türkiyə ilə bağlı istintaqa başladı25-03-2017, 02:13. |
İsveçrə federal hökuməti Türkiyə ilə bağlı istintaq prosesi başladıb. SİVİL.AZ-ın məlumatına görə Axar.az xəbər verir ki, hökumət Türkiyəni aprelin 16-da keçiriləcək referendum çərçivəsində buradakı türk cəmiyyəti üzvlərini izləyib məlumat toplamaqda ittiham edir. İsveçrə tərəfi məsələ ilə bağlı açıqlama yayaraq, əllərində dəlil olduğunu bildirib. Qeyd edək ki, İsveçrə Xarici İşlər naziri Didye Burkhalter ölkədə yaşayan türklərin Türkiyə kəşfiyyat təşkilatı tərəfindən qeyri-qanuni olaraq izlənmələri ilə bağlı iddialara tezliklə aydınlıq gətiriləcəyini bildirmişdi. Geri qayıt |