İsveçrə Türkiyə ilə bağlı istintaqa başladı

Xəbərin çap versiyası
Tarix: 25-03-2017, 02:13
İsveçrə Türkiyə ilə bağlı istintaqa başladı

İsveçrə federal hökuməti Türkiyə ilə bağlı istintaq prosesi başladıb.

SİVİL.AZ-ın məlumatına görə Axar.az xəbər verir ki, hökumət Türkiyəni aprelin 16-da keçiriləcək referendum çərçivəsində buradakı türk cəmiyyəti üzvlərini izləyib məlumat toplamaqda ittiham edir.

İsveçrə tərəfi məsələ ilə bağlı açıqlama yayaraq, əllərində dəlil olduğunu bildirib.

Qeyd edək ki, İsveçrə Xarici İşlər naziri Didye Burkhalter ölkədə yaşayan türklərin Türkiyə kəşfiyyat təşkilatı tərəfindən qeyri-qanuni olaraq izlənmələri ilə bağlı iddialara tezliklə aydınlıq gətiriləcəyini bildirmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz