Əsas Səhifə > Dünya / Manşet > ABŞ-ın dövlət katibi: "Rusiya Fransadakı seçkilərə müdaxilə edib"
ABŞ-ın dövlət katibi: "Rusiya Fransadakı seçkilərə müdaxilə edib"14-06-2017, 10:33. |
"Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib". SİVİL.AZ bildirir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı sualları cavablandırarkən deyib. “Bəli, mən hesab edirəm ki, edib”, - deyə dövlət katibi vurğulayıb. “RİA Novosti”nin xəbərinə görə, Tillerson həmçinin hesab edir ki, Rusiya NATO-nun zəif olmasında maraqlıdır. Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə müdaxilə etmək barədə bəyanatlarını rədd edib. (AzVision) Geri qayıt |