ABŞ-ın dövlət katibi: "Rusiya Fransadakı seçkilərə müdaxilə edib"
Tarix: 14-06-2017, 10:33
"Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib".
SİVİL.AZ bildirir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı sualları cavablandırarkən deyib.
“Bəli, mən hesab edirəm ki, edib”, - deyə dövlət katibi vurğulayıb.
“RİA Novosti”nin xəbərinə görə, Tillerson həmçinin hesab edir ki, Rusiya NATO-nun zəif olmasında maraqlıdır.
Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə müdaxilə etmək barədə bəyanatlarını rədd edib. (AzVision)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər