Əsas Səhifə > Dünya / Üst manşet > Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb
Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb9-08-2017, 03:37. |
Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb. SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat verib. Nəşrin məlumatında görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”. “Washington Post” qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir. Məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar. Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü - 20-30 kiloton təşkil etdiyini qeyd olunur. (APA) Geri qayıt |