Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 03:37
Şimali Koreyada raketlər üçün nüvə başlığı hazırlanıb


Şimali Koreyada qitələrarası ballistik raketlər üçün miniatür nüvə başlığı hazırlanıb.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə “Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatında görə, Şimali Koreya nüvə ölkəsi kimi tam formalaşmaq üçün mühüm mərhələni adlamaq üzrədir: “Bu proses Vaşinqtonun gözlədiyindən tez baş verib”.

“Washington Post” qeyd edir ki, müvafiq qiymətləndirmə Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən iyulda aparılıb. Qurum Şimali Koreyanın hazırladığı nüvə başlıqlarının real sayının ABŞ-ın əvvəllər ehtimal etdiyi 60 ədəddən çox olduğunu hesab edir.

Məqalənin müəllifləri 2006-cı ildən bu vaxtadək KXDR-in 5 nüvə sınağı keçirdiyini xatırladıblar. Sonuncu nüvə sınağı 2016-cı ilin sentyabrın 9-da keçirilib. Sınaqdan keçirilən nüvə bağlığının gücü 1945-ci ildə Xirosimaya atılan bombadan iki dəfə güclü - 20-30 kiloton təşkil etdiyini qeyd olunur. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz