Əsas Səhifə > Dünya / Üst manşet > Hüsnü Mübarəkin 6 illik həbsdən sonra ilk görüntüsü -
Hüsnü Mübarəkin 6 illik həbsdən sonra ilk görüntüsü -9-09-2017, 13:01. |
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlu və nəvəsi ilə birlikdə tətil fotosu yayılıb. SİVİL.AZ xəbər verir ki, foto 6 illik həbs dövrünü tamamlayan Mübarəkin azadlığa çıxandan sonra ilk görüntüsüdür. 2011-ci ildə Ərəb baharı nəticəsində 30 illik hakimiyyətini itirən Hüsnü Mübarək etiraz aksiyalarında ölənlərə görə günahkar hesab edilmiş, lakin sonradan bəraət almışdı. 2012-ci ildə səhhəti pisləşən sabiq prezident o vaxtdan etibarən həbs müddətini xəstəxanada keçirib. Mübarəkin azadlığa çıxandan sonra Misirin paytaxtı Qahirədə yaşadığı bildirilir. (Qaynarinfo) Geri qayıt |