Hüsnü Mübarəkin 6 illik həbsdən sonra ilk görüntüsü - FOTO
Tarix: 9-09-2017, 13:01
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlu və nəvəsi ilə birlikdə tətil fotosu yayılıb.
SİVİL.AZ xəbər verir ki, foto 6 illik həbs dövrünü tamamlayan Mübarəkin azadlığa çıxandan sonra ilk görüntüsüdür.
2011-ci ildə Ərəb baharı nəticəsində 30 illik hakimiyyətini itirən Hüsnü Mübarək etiraz aksiyalarında ölənlərə görə günahkar hesab edilmiş, lakin sonradan bəraət almışdı.
2012-ci ildə səhhəti pisləşən sabiq prezident o vaxtdan etibarən həbs müddətini xəstəxanada keçirib.
Mübarəkin azadlığa çıxandan sonra Misirin paytaxtı Qahirədə yaşadığı bildirilir. (Qaynarinfo)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər