Əsas Səhifə > Dünya > Dağıdıcı “İrma” qasırğası
Dağıdıcı “İrma” qasırğası10-09-2017, 11:14. |
“İrma” qasırğası ABŞ-ın Florida ştatının sahillərinə çatıb. SİVİL.AZ-ın məlumatına görə, sentyabrın 9-da axşam saatlarında sürəti saatda 120 kilometrə çatan külək və leysan yağışla müşayiət olunan qasırğa Florida-Kis arxipelağında 200 min evin elektrik enerjisi təchizatından mərhum qalmasına səbəb olub. Bu gün Floridanı vuracaq qasırğa ilə əlaqədar 6 milyon insana evlərini tərk etmək məsləhət görülüb. Bu, ştat əhalisinin 30 faizidir. “İrma” qasırğası Kubanı keçdikdən sonra 5 baldan 4 bal gücünə ensə də, qasırğanın yenidən güclənərək 5 bal səviyyəsinə çatacağı istisna edilmir. Qasırğanın Floridanın qərb sahillərində daha ciddi dağıntılara yol açacağı gözlənilir. Bəzi rayonlarda dalğaların hündürlüyü 4,5 metrə çatıb. (APA) Geri qayıt |