Dağıdıcı “İrma” qasırğası Floridaya çatıb

Xəbərin çap versiyası
Tarix: 10-09-2017, 11:14
Dağıdıcı “İrma” qasırğası


“İrma” qasırğası ABŞ-ın Florida ştatının sahillərinə çatıb.

SİVİL.AZ-ın məlumatına görə, sentyabrın 9-da axşam saatlarında sürəti saatda 120 kilometrə çatan külək və leysan yağışla müşayiət olunan qasırğa Florida-Kis arxipelağında 200 min evin elektrik enerjisi təchizatından mərhum qalmasına səbəb olub.

Bu gün Floridanı vuracaq qasırğa ilə əlaqədar 6 milyon insana evlərini tərk etmək məsləhət görülüb. Bu, ştat əhalisinin 30 faizidir. “İrma” qasırğası Kubanı keçdikdən sonra 5 baldan 4 bal gücünə ensə də, qasırğanın yenidən güclənərək 5 bal səviyyəsinə çatacağı istisna edilmir. Qasırğanın Floridanın qərb sahillərində daha ciddi dağıntılara yol açacağı gözlənilir.

Bəzi rayonlarda dalğaların hündürlüyü 4,5 metrə çatıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz