Əsas Səhifə > Dünya / Manşet > Diplomatik qalmaqal:
Diplomatik qalmaqal:3-10-2017, 11:36. |
ABŞ-ın təhlükəsizlik qüvvələri Rusiyanın San-Fransiskodakı konsulluğuna daxil olub. SİVİL.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Binanın giriş qapılarının qırıldığı və konsulluq binasında axtarış aparıldığı bildirilib: "Xəbərdarlıqlarımıza baxmayaraq ABŞ administrasiyası düşüncəli şəkildə hərəkət etməyərək, qanunsuz davranışlarından əl çəkmədi. San-Fransiskodakı bütün konsulluq binalarımız işğal altındadır. ABŞ agentləini oraya heç kim çağırmamışdı. Onlar işğalçıdır. Bu hadisədən sonra ABŞ Rusiyadakı nümayəndəliklərinə bənzər tədbirlərin olma ehtimalını qəbul etmək məcburiyyətindədir"- deyə Rusiya XİN-i bəyanatında bildirir. Geri qayıt |