Diplomatik qalmaqal: ABŞ agentləri Rusiya konsulluğuna girdi

Xəbərin çap versiyası
Tarix: 3-10-2017, 11:36
Diplomatik qalmaqal:


ABŞ-ın təhlükəsizlik qüvvələri Rusiyanın San-Fransiskodakı konsulluğuna daxil olub.

SİVİL.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Binanın giriş qapılarının qırıldığı və konsulluq binasında axtarış aparıldığı bildirilib:

"Xəbərdarlıqlarımıza baxmayaraq ABŞ administrasiyası düşüncəli şəkildə hərəkət etməyərək, qanunsuz davranışlarından əl çəkmədi. San-Fransiskodakı bütün konsulluq binalarımız işğal altındadır. ABŞ agentləini oraya heç kim çağırmamışdı. Onlar işğalçıdır. Bu hadisədən sonra ABŞ Rusiyadakı nümayəndəliklərinə bənzər tədbirlərin olma ehtimalını qəbul etmək məcburiyyətindədir"- deyə Rusiya XİN-i bəyanatında bildirir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz