Əsas Səhifə > Dünya > Qitələrarası ilk “teleportasiya” keçirilib
Qitələrarası ilk “teleportasiya” keçirilib4-10-2017, 07:00. |
Çin və Avstriyadan olan alimlər qrupu ilk qitələrarası “teleportasiya” həyata keçiriblər. SİVİL.AZ oxu.az-a istinadən xəbər verir ki, hələlik böyükölçülü obyektlərin daşınması müzakirə mövzusu deyil, amma elementar zərrəcikləri planetin müxtəlif hissələrinə ötürmək mümkün olub. “Mo-Szı” adlı rabitə aparatı sayəsində alimlər “kvant interneti”ni reallaşdırmağa daha da yaxınlaşıblar. Kvant açarları peykdən Yer kürəsinə 1200 km məsafədə ötürülüb. Həmçinin planetin müxtəlif hissələrində yerləşən iki obyekti bir-biri ilə əlaqələndirmək mümkün olub. Yeni həll yüksək sürətdən başqa xarici dövlətlər tərəfindən dinləməni mümkünsüz edir. Geri qayıt |