Qitələrarası ilk “teleportasiya” keçirilib
Tarix: 4-10-2017, 07:00
Çin və Avstriyadan olan alimlər qrupu ilk qitələrarası “teleportasiya” həyata keçiriblər.
SİVİL.AZ oxu.az-a istinadən xəbər verir ki, hələlik böyükölçülü obyektlərin daşınması müzakirə mövzusu deyil, amma elementar zərrəcikləri planetin müxtəlif hissələrinə ötürmək mümkün olub.
“Mo-Szı” adlı rabitə aparatı sayəsində alimlər “kvant interneti”ni reallaşdırmağa daha da yaxınlaşıblar. Kvant açarları peykdən Yer kürəsinə 1200 km məsafədə ötürülüb. Həmçinin planetin müxtəlif hissələrində yerləşən iki obyekti bir-biri ilə əlaqələndirmək mümkün olub.
Yeni həll yüksək sürətdən başqa xarici dövlətlər tərəfindən dinləməni mümkünsüz edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər