Əsas Səhifə > Dünya / Üst manşet > Moskvada Rusiya baş nazirinin müavininin mənzili atəşə tutulub

Moskvada Rusiya baş nazirinin müavininin mənzili atəşə tutulub


23-10-2017, 22:00.
title}
Moskvada Rusiya baş nazirinin müavininin mənzili atəşə tutulub


Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.

SİVİL.AZ
-ın məlumatına görə, bu barədə REN TV xəbər verib.

İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib. (APA)
Geri qayıt