Moskvada Rusiya baş nazirinin müavininin mənzili atəşə tutulub
Tarix: 23-10-2017, 22:00
Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə REN TV xəbər verib.
İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər