Əsas Səhifə > Dünya > Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub
Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub3-04-2017, 08:30. |
Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç tutur. Ona ən yaxın olan rəqib, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib. Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib. Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Geri qayıt |