Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 08:30
Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub


Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç tutur. Ona ən yaxın olan rəqib, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.

Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib. Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz