Əsas Səhifə > Dünya > "Sankt-Peterburq metrosunda partlayışı qırğızıstanlı törədib"-
"Sankt-Peterburq metrosunda partlayışı qırğızıstanlı törədib"-4-04-2017, 11:28. |
Qırğızıstan xüsusi xidmət orqanları Sankt-Peterburq terrorunu təşkil edən şəxslərin qırğız olması faktını təsdiq edib. SİVİL.AZ AzNews.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin üzvü Rahat Süleymanov məlumat verib: “Böyük ehtimal ki, 3 aprel tarixində Sankt-Peterburq metrosunda törədilən terrok aktının təşkilatçısı qırğız əsilli Rusiya vətəndaşıdır.” O vurğulayıb ki, hadisəylə əlaqədar qırğız xüsusi xidmət orqanları rusiyalı həmkarları ilə əməkdaşlıq edirlər. Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb. Geri qayıt |