"Sankt-Peterburq metrosunda partlayışı qırğızıstanlı törədib"- Rəsmi Bişkek

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 11:28
"Sankt-Peterburq metrosunda partlayışı qırğızıstanlı törədib"-


Qırğızıstan xüsusi xidmət orqanları Sankt-Peterburq terrorunu təşkil edən şəxslərin qırğız olması faktını təsdiq edib.

SİVİL.AZ AzNews.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin üzvü Rahat Süleymanov məlumat verib:

“Böyük ehtimal ki, 3 aprel tarixində Sankt-Peterburq metrosunda törədilən terrok aktının təşkilatçısı qırğız əsilli Rusiya vətəndaşıdır.”

O vurğulayıb ki, hadisəylə əlaqədar qırğız xüsusi xidmət orqanları rusiyalı həmkarları ilə əməkdaşlıq edirlər.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz