Əsas Səhifə > Dünya / Üst manşet > Birinci xanımın bu fotosunu sərt tənqid etdilər
Birinci xanımın bu fotosunu sərt tənqid etdilər4-04-2017, 15:36. |
ABŞ-ın birinci xanımı Melaniya Trampın Ağ Evdən ilk rəsmi portreti yayımlanıb. SİVİL.AZ axşam.az-a istinadla xəbər verir ki, foto birmənalı qarşılanmayıb. Media fotonu bütün detallarına qədər analiz edərək ortaya fərqli fikirlər çıxarıb. Melaniyanın barmağındakı 25 karatlıq brilyant üzük də diqqətdən yayınmayıb. Həmin üzük ona ABŞ prezidenti Donald Tramp tərəfindən 2014-cü ildə evliliklərinin 10 illiyi münasibəti ilə hədiyyə edilib. Rəsmi fotoda həmin üzüyün göstərilməsi çoxları tərəfindən tənqid edilib. Foto eyni zamanda məktəbli qızların portretinə bənzədilib. Bəzi istifadəçilər M.Trampın ilk portretini ondan əvvəlki birinci xanım Mişel Obamankı ilə müqayisə ediblər. Geri qayıt |