Birinci xanımın bu fotosunu sərt tənqid etdilər

Xəbərin çap versiyası
Tarix: 4-04-2017, 15:36
Birinci xanımın bu fotosunu sərt tənqid etdilər

ABŞ-ın birinci xanımı Melaniya Trampın Ağ Evdən ilk rəsmi portreti yayımlanıb.

SİVİL.AZ axşam.az-a istinadla xəbər verir ki, foto birmənalı qarşılanmayıb. Media fotonu bütün detallarına qədər analiz edərək ortaya fərqli fikirlər çıxarıb.

Melaniyanın barmağındakı 25 karatlıq brilyant üzük də diqqətdən yayınmayıb. Həmin üzük ona ABŞ prezidenti Donald Tramp tərəfindən 2014-cü ildə evliliklərinin 10 illiyi münasibəti ilə hədiyyə edilib. Rəsmi fotoda həmin üzüyün göstərilməsi çoxları tərəfindən tənqid edilib.

Foto eyni zamanda məktəbli qızların portretinə bənzədilib. Bəzi istifadəçilər M.Trampın ilk portretini ondan əvvəlki birinci xanım Mişel Obamankı ilə müqayisə ediblər.

Birinci xanımın bu fotosunu sərt tənqid etdilər


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz