Əsas Səhifə > Dünya / Üst manşet > Mixeil Saakaşvili "İmpiçment üçün marş"a hazırlaşır
Mixeil Saakaşvili "İmpiçment üçün marş"a hazırlaşır8-12-2017, 15:11. |
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dekabrın 10-da "İmpiçment üçün marş"da iştirak edəcəyinə dair söz verib. SİVİL.AZ Report-a istinadən xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb. "Çərşənbə axşamı baş verənlər məndən yan keçməyib. Dünən səsim batmışdı, bu gün isə hərarətim qalxıb. Amma söz verirəm ki, 10:12 Marşına qədər sırada olacağam", - M. Saakaşvili yazıb. Xatırladaq ki, M.Saakaşvili əvvəlcə axtarışa verilib, Baş Prokurorluq onu könüllü qaydada müstəntiqlərin yanına gəlməyə çağırır. Siyasətçi üç maddə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya cinayətkar təşkilat tərəfindən törədilmiş cinayət cəhdi; cinayətkar təşkilatların iştirakçılarına yardım və onların cinayətkar fəaliyyətinin gizlədilməsi üzrə şübhəli bilinir. Geri qayıt |