Mixeil Saakaşvili "İmpiçment üçün marş"a hazırlaşır
Tarix: 8-12-2017, 15:11
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dekabrın 10-da "İmpiçment üçün marş"da iştirak edəcəyinə dair söz verib.
SİVİL.AZ Report-a istinadən xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
"Çərşənbə axşamı baş verənlər məndən yan keçməyib. Dünən səsim batmışdı, bu gün isə hərarətim qalxıb. Amma söz verirəm ki, 10:12 Marşına qədər sırada olacağam", - M. Saakaşvili yazıb.
Xatırladaq ki, M.Saakaşvili əvvəlcə axtarışa verilib, Baş Prokurorluq onu könüllü qaydada müstəntiqlərin yanına gəlməyə çağırır. Siyasətçi üç maddə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya cinayətkar təşkilat tərəfindən törədilmiş cinayət cəhdi; cinayətkar təşkilatların iştirakçılarına yardım və onların cinayətkar fəaliyyətinin gizlədilməsi üzrə şübhəli bilinir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər