Əsas Səhifə > Dünya / Video / Üst manşet > Saakaşvili azadlıqda -
Saakaşvili azadlıqda -12-12-2017, 00:10. |
Kiyevin Peçerski Rayon Məhkəməsi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilininin sərbəst buraxılmasına dair qərar qəbul edib. SİVİL.AZ bildirir ki, bu barədə bazar ertəsi, dekabrın 11-də, RİA Novosti nəşri məlumat yayıb. Hakim Larisa Çokol prokurorluğun ittihamını rədd edib. Siyasətçi Ali Radanın deputatlarının himayəsi altında azad olunub. Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti dekabrın 9-na keçən gecə öz dostunun evində olarkən saxlanılıb. Təcridxanaya yerləşdirilən Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını bəyan edib. (oxu.az) Geri qayıt |