Saakaşvili azadlıqda - VİDEO + FOTO
Tarix: 12-12-2017, 00:10
Kiyevin Peçerski Rayon Məhkəməsi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilininin sərbəst buraxılmasına dair qərar qəbul edib.
SİVİL.AZ bildirir ki, bu barədə bazar ertəsi, dekabrın 11-də, RİA Novosti nəşri məlumat yayıb.
Hakim Larisa Çokol prokurorluğun ittihamını rədd edib. Siyasətçi Ali Radanın deputatlarının himayəsi altında azad olunub.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti dekabrın 9-na keçən gecə öz dostunun evində olarkən saxlanılıb. Təcridxanaya yerləşdirilən Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını bəyan edib. (oxu.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər