Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Avropa Birliyi Breksitin müddətini bir daha uzatdı
Avropa Birliyi Breksitin müddətini bir daha uzatdı28-10-2019, 15:50. |
Avropa Birliyi (AB) Breksiti gələn il yanvarın 31-dək təxirə salmağı razılaşıb. CİVİLAZERBAİJAN.COM bildirir ki, Avropa Şurasının Prezidenti Donald Tusk Twitter-də yazıb ki, AB-nin 27 üzvü Böyük Britaniyanın birlikdən çıxmasını 2020-ci il yanvarın 31-dək uzatmaq xahişinə razılaşıb. Onun sözlərinə görə, bu həftə “qərar yazılı prosedurla rəsmiləşəcək”. Tusk “çevik uzadılma” ifadəsini işlədib. Bu o deməkdir ki, əgər Breksit razılaşmasını hər iki tərəf ratifikasiya etsə, Britaniya birlikdən yanvarın 31-dən qabaq da çıxa bilər. Bu arada AB diplomatları Brüsseldə görüşərək Breksitin yenidən təxirə salınmasını müzakirə edirdilər. Əslində marta planlaşdırılan Breksit oktyabrın 31-dək təxirə salınmışdı. Yəni, müddət artıq ikinci dəfədir uzadılır. Böyük Britaniyanın AB-dən çıxmasıyla bağlı referendum 2016-cı ildə keçirilib. Britaniya parlamenti Breksit çıxmazının həlli üçün erkən seçki keçirməyi səsverməyə çıxaracaqlar. Baş nazir Boris Johnson dekabrın 12-də seçki keçirməyi təklif edib, ancaq onun deputatların üçdə ikisinin dəstəyini qazanacağı real görünmür. Johnson-un təklifi keçməsə, iki müxalifət partiyası dekabrın 9-da seçki keçirməyi təklif edir. Geri qayıt |