Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > Fransada nə baş verir?
Fransada nə baş verir?29-12-2019, 15:10. |
Fransada minlərlə insan hökümətin pensiya sistemini dəyişmək planına qarşı etiraz məqsədilə şənbə günü Parisdə tətilin 24-cü günündə yürüş keçirib. CivilAzerbaijan.com bildirir ki, yürüşü təşkil edən həmkarlar ittifaqları sari jiletliləri onlara qoşulmağa çağırıb. Yürüş sari jiletlilərin sosial və iqtisadi ədalət axtarışında 59-cu şənbə günüdür keçirdiyi hərəkatla eyni günə təsadüf edib. Bəzi maska geyinmiş insanlar həmkarlar ittifaqı üzvlərinin yürüş keçirdiyi yolun üzərində inşaat materiallarını yandırıb. Ultra-solçu CGT həmkarlar ittifaqının lideri Filip Martines yürüşə qoşulan yüzlərlə sari jiletliyə istinadən BFMTV-yə deyib: “Jiletin rəngindən asılı olmayaraq, biz birlik olmalıyıq”. Prezident Emmanuel Makron pensiya yaşını 62-dən 64-ə qaldırmaq istəyir. Tətillər Fransanın nəqliyyat sistemində əngəllər törədib. Şənbə günü SNCF dəmiryol idarəsi 10 yüksək sürətli qatardan yalnız 6-nın xidmət göstərdiyini bildirib. Parisdən Londona səfər edən Eurostar-ın da beş qatarından dördü fəaliyyət göstərib. Baş nazir Eduard Filip bayramdan sonra həmkarlar ittifaqları ilə danışıqları davam etdirməyi planlaşdırır. Həmkarlar ittifaqları isə yanvarın 9-da böyük nümayiş planlaşdırır. (AmerikanınSəsi) Geri qayıt |