Fransada nə baş verir?
Tarix: 29-12-2019, 15:10
Fransada minlərlə insan hökümətin pensiya sistemini dəyişmək planına qarşı etiraz məqsədilə şənbə günü Parisdə tətilin 24-cü günündə yürüş keçirib.
CivilAzerbaijan.com bildirir ki, yürüşü təşkil edən həmkarlar ittifaqları sari jiletliləri onlara qoşulmağa çağırıb. Yürüş sari jiletlilərin sosial və iqtisadi ədalət axtarışında 59-cu şənbə günüdür keçirdiyi hərəkatla eyni günə təsadüf edib.
Bəzi maska geyinmiş insanlar həmkarlar ittifaqı üzvlərinin yürüş keçirdiyi yolun üzərində inşaat materiallarını yandırıb.
Ultra-solçu CGT həmkarlar ittifaqının lideri Filip Martines yürüşə qoşulan yüzlərlə sari jiletliyə istinadən BFMTV-yə deyib: “Jiletin rəngindən asılı olmayaraq, biz birlik olmalıyıq”.
Prezident Emmanuel Makron pensiya yaşını 62-dən 64-ə qaldırmaq istəyir.
Tətillər Fransanın nəqliyyat sistemində əngəllər törədib.
Şənbə günü SNCF dəmiryol idarəsi 10 yüksək sürətli qatardan yalnız 6-nın xidmət göstərdiyini bildirib. Parisdən Londona səfər edən Eurostar-ın da beş qatarından dördü fəaliyyət göstərib.
Baş nazir Eduard Filip bayramdan sonra həmkarlar ittifaqları ilə danışıqları davam etdirməyi planlaşdırır. Həmkarlar ittifaqları isə yanvarın 9-da böyük nümayiş planlaşdırır. (AmerikanınSəsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər