Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Britaniyanın Baş naziri Boris Johnson koronavirusa yoluxub
Britaniyanın Baş naziri Boris Johnson koronavirusa yoluxub27-03-2020, 15:50. |
"Britaniyanın Baş naziri Boris Johnson koronavirusa yoluxub", - deyə Downing Street bildirib. Lakin o, koronavirus böhranının aradan qaldırılması işlərinə rəhbərlik etməyə davam edəcək. CivilAzerbaijan.com BBC-yə istinadla bildirir ki, cənab Johnson-da koronavirus simptomları yüngüldür və o, özünü Downing Street-də təcrid edəcək. O, İngiltərənin baş tibb işçisi, professor Chris Whitty-nin şəxsi məsləhəti ilə analiz verib. Cənab Johnson yaydığı tvitində onda "24 saat ərzində yüngül simptomlar peyda olduğunu açıqlayıb. Hazırda Britaniyada koronavirusa yoluxanların sayı 11600, ölənlərin sayı isə 578-dir. Geri qayıt |