Britaniyanın Baş naziri Boris Johnson koronavirusa yoluxub
Tarix: 27-03-2020, 15:50
"Britaniyanın Baş naziri Boris Johnson koronavirusa yoluxub", - deyə Downing Street bildirib. Lakin o, koronavirus böhranının aradan qaldırılması işlərinə rəhbərlik etməyə davam edəcək.
CivilAzerbaijan.com BBC-yə istinadla bildirir ki, cənab Johnson-da koronavirus simptomları yüngüldür və o, özünü Downing Street-də təcrid edəcək.
O, İngiltərənin baş tibb işçisi, professor Chris Whitty-nin şəxsi məsləhəti ilə analiz verib.
Cənab Johnson yaydığı tvitində onda "24 saat ərzində yüngül simptomlar peyda olduğunu açıqlayıb.
Hazırda Britaniyada koronavirusa yoluxanların sayı 11600, ölənlərin sayı isə 578-dir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər