Əsas Səhifə > Dünya / Manşet / Üst manşet > BMT-dən Belarusla bağlı
BMT-dən Belarusla bağlı19-09-2020, 19:30. |
BMT-nin İnsan Haqları Şurası Belarusda iddia edilən insan haqları pozuntularının monitorinqi məqsədilə Avropa İttifaqının təqdim etdiyi qətnaməni qəbul edib. CivilAzerbaijan.com bildirir ki, Belarusda avqustun 9-da prezident seçkisindən bəri keçirilən kütləvi aksiyalarda Alyaksandr Lukaşenkanın istefası tələb edilir. Cenevrədə mənzillənən BMT İnsan Haqları Şurası sentyabrın 18-də sözü gedən qətnaməni Lukaşenkanı getdikcə daha çox müdafiə edən Rusiyanın müqavimətinə baxmayaraq qəbul edib. Rusiyanın bütün təkliləri rədd edilib Şura BMT-nin insan haqları üzrə ali komissarı Michelle Bachelet-ə Belarusdakı vəziyyətin daha yaxından müşahidə edilməsi üçün mandat verib. Belarus Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin bu addımı “qorxulu presedent” yaradır. Nazirlik BMT-ni Belarusun daxili işlərinə qarışmaqda ittiham edib. Avropa İttifaqının Belarusa dair qətnaməsini 47 üzvü olan BMT İnsan Haqları Şurasının 23 üzvü dəstəkləyib. 2 üzv ölkə qətnamənin əleyhinə səs verib. Daha 22 ölkə səsvermədə bitərəf qalıb. Bu iclasda müşahidəçi kimi iştirak edən Rusiyanın səs hüququ olmasa da, o sənədə 17 düzəliş təklif edib. Təkliflərin hamısı rədd edilib. Geri qayıt |