BMT-dən Belarusla bağlı QƏTNAMƏ
Tarix: 19-09-2020, 19:30
BMT-nin İnsan Haqları Şurası Belarusda iddia edilən insan haqları pozuntularının monitorinqi məqsədilə Avropa İttifaqının təqdim etdiyi qətnaməni qəbul edib.
CivilAzerbaijan.com bildirir ki, Belarusda avqustun 9-da prezident seçkisindən bəri keçirilən kütləvi aksiyalarda Alyaksandr Lukaşenkanın istefası tələb edilir.
Cenevrədə mənzillənən BMT İnsan Haqları Şurası sentyabrın 18-də sözü gedən qətnaməni Lukaşenkanı getdikcə daha çox müdafiə edən Rusiyanın müqavimətinə baxmayaraq qəbul edib.
Rusiyanın bütün təkliləri rədd edilib
Şura BMT-nin insan haqları üzrə ali komissarı Michelle Bachelet-ə Belarusdakı vəziyyətin daha yaxından müşahidə edilməsi üçün mandat verib.
Belarus Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin bu addımı “qorxulu presedent” yaradır. Nazirlik BMT-ni Belarusun daxili işlərinə qarışmaqda ittiham edib.
Avropa İttifaqının Belarusa dair qətnaməsini 47 üzvü olan BMT İnsan Haqları Şurasının 23 üzvü dəstəkləyib. 2 üzv ölkə qətnamənin əleyhinə səs verib. Daha 22 ölkə səsvermədə bitərəf qalıb.
Bu iclasda müşahidəçi kimi iştirak edən Rusiyanın səs hüququ olmasa da, o sənədə 17 düzəliş təklif edib.
Təkliflərin hamısı rədd edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər