Əsas Səhifə > Dünya / Üst manşet > Saakaşvilinin şousu başladı
Saakaşvilinin şousu başladı7-04-2017, 03:00. |
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukraynanın “Zik” telekanalında siyasi tok-şousu başlayıb. SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə M.Saakaşvili özü “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, “Başqa Ukrayna” verilişinin ilk buraxılışı yüksək reytinqlər toplayıb. Verilişin qonaqları Ali Radanın deputatları və ekspertlər olub. Qeyd edək ki, M.Saakaşvilinin siyasi tok-şou aparacağı martın sonlarında elan olunmuşdu. Veriliş hər həftənin üçüncü günü axşam saatlarında efirə çıxacaq. Geri qayıt |