Saakaşvilinin şousu başladı
Tarix: 7-04-2017, 03:00
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukraynanın “Zik” telekanalında siyasi tok-şousu başlayıb.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə M.Saakaşvili özü “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, “Başqa Ukrayna” verilişinin ilk buraxılışı yüksək reytinqlər toplayıb.
Verilişin qonaqları Ali Radanın deputatları və ekspertlər olub.
Qeyd edək ki, M.Saakaşvilinin siyasi tok-şou aparacağı martın sonlarında elan olunmuşdu. Veriliş hər həftənin üçüncü günü axşam saatlarında efirə çıxacaq.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər