Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > ABŞ Dövlət Departamentindən Saleh Rüstəmli haqqında AÇIQLAMA
ABŞ Dövlət Departamentindən Saleh Rüstəmli haqqında AÇIQLAMA11-12-2021, 16:06. |
Mənbə: people.com "Biz Saleh Rüstəmlinin vəziyyətinin pisləşməsi barədə məlumatlardan çox narahatıq. Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır". Civilazerbaijan.com bildirir ki, bu barədə dekabrın 11-də ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Tvitter hesabında yazıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Yerli və beynəlxalq hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Saleh Rüstəmli qanunsuz olaraq uydurma ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq 6 noyabr 2021-cil tarixindən aclıq edir. Geri qayıt |