ABŞ Dövlət Departamentindən Saleh Rüstəmli haqqında AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 11-12-2021, 16:06

Mənbə: people.com

"Biz Saleh Rüstəmlinin vəziyyətinin pisləşməsi barədə məlumatlardan çox narahatıq. Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır".

Civilazerbaijan.com
bildirir ki, bu barədə dekabrın 11-də ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Tvitter hesabında yazıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Saleh Rüstəmli qanunsuz olaraq uydurma ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq 6 noyabr 2021-cil tarixindən aclıq edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz