Əsas Səhifə > Dünya > Medvedev: “Tramp heç bir sözünü tutmadı”
Medvedev: “Tramp heç bir sözünü tutmadı”10-04-2017, 02:00. |
ABŞ-ın Suriya hücumu hüquq pozuntusudur. SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsi terroristləri cəsarətləndirəcək: “Tramp seçki öncəsi verdiyi sözlərin heç birini tutmadı. Bu, seçkilərdən bir-iki ay sonra özünü göstərməyə başlamışdı. Bu hücum,əslində, ABŞ-ın terroraqarşı mübarizə aparmadığını göstərdi. ABŞ bu hücumla həm də beynəlxalq hüquq normalarını pozub. Çünki hücum BMT-nin qərarı olmadan təşkil olunub. Halbuki, Suriya hücumlarının ABŞ ilə heçbir əlaqəsi yox idi”. Geri qayıt |