Medvedev: “Tramp heç bir sözünü tutmadı”
Tarix: 10-04-2017, 02:00
ABŞ-ın Suriya hücumu hüquq pozuntusudur.
SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsi terroristləri cəsarətləndirəcək:
“Tramp seçki öncəsi verdiyi sözlərin heç birini tutmadı. Bu, seçkilərdən bir-iki ay sonra özünü göstərməyə başlamışdı. Bu hücum,əslində, ABŞ-ın terroraqarşı mübarizə aparmadığını göstərdi.
ABŞ bu hücumla həm də beynəlxalq hüquq normalarını pozub. Çünki hücum BMT-nin qərarı olmadan təşkil olunub. Halbuki, Suriya hücumlarının ABŞ ilə heçbir əlaqəsi yox idi”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər