Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Krımdakı hərbi obyektlərə endirilən zərbələri dəstəkləyir

ABŞ Krımdakı hərbi obyektlərə endirilən zərbələri dəstəkləyir


17-02-2023, 13:32.
title}


ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Ukraynanın ilhaq edilmiş Krımda Rusiyanın hərbi obyektlərinə zərbələr endirməsini dəstəkləyir.

Civilazerbaijan.com
bildirir ki, Nuland bu barədə fevralın 16-da Karnegi Mərkəzində danışarkən söyləyib.

“Rusiya Krımda çoxlu hərbi obyektlər tikib, bunlar Ukraynanın vurduğu qanuni hədəflərdir və biz bunu dəstəkləyirik. Krım demilitarizasiya olunmayana qədər Ukrayna təhlükəsiz olmayacaq”, - Nuland bildirib və əlavə edib ki, hətta müharibə bitdikdən sonra da ABŞ Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, çünki Rusiyanın münaqişəni bərpa etməyəcəyinə dair əminlik yoxdur.

Toplum TV-nin məlumatında qeyd olunur ki, rəsmi həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın Rusiya tərəfindən zəbt edilmiş bütün ərazilərini geri qaytarmaq əzmini dəstəkləyir:

“Ukrayna beynəlxalq sərhədlər daxilində bütün torpaqlarının geri qaytarılması üçün mübarizə aparır. Biz onları dəstəkləyirik, o cümlədən Ukraynanın öz ərazilərini geri almaq üçün növbəti hücumunu dəstəkləyirik”.
Geri qayıt