Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Macarıstan Ukraynaya yardıma veto qoysa, Aİ-nın "B planı" var
Macarıstan Ukraynaya yardıma veto qoysa, Aİ-nın "B planı" var10-11-2023, 17:31. |
Avropa İttifaqı Macarıstanın hər hansı vetosu ətrafında işləyə və Ukraynaya 50 milyard avro (53,4 milyard dollar) yardım edə biləcək. Civilazerbaijan.com bildirir ki, bu sözləri Avropa İttifaqının rəsmiləri söyləyib. İttifaqın icra orqanı Rusiyaya qarşı müharibənin davam etdiyi vaxtda Ukraynanın maaşları ödəməsi və digər xərcləri qarşılaması üçün büdcə dəstəyinin genişləndirilməsini təklif edib Növbəti ay, dekabrın 14-15-də keçiriləcək sammitdə Ukraynaya yardım paketi səsverməyə çıxarılacaq. "Macarıstan öz uğurunu riskə salır. Biz onların yanımızda olmasına üstünlük veririk, lakin bir məsələ var ki, insanlar rəsmi Budapeştin hər kəsi girov saxlamasından bezirlər", - AB rəsmilərindən biri deyib, AzadlıqRadiosunun xəbərində qeyd olunur. Geri qayıt |