Macarıstan Ukraynaya yardıma veto qoysa, Aİ-nın "B planı" var

Xəbərin çap versiyası
Tarix: 10-11-2023, 17:31


Avropa İttifaqı Macarıstanın hər hansı vetosu ətrafında işləyə və Ukraynaya 50 milyard avro (53,4 milyard dollar) yardım edə biləcək.

Civilazerbaijan.com
bildirir ki, bu sözləri Avropa İttifaqının rəsmiləri söyləyib.

İttifaqın icra orqanı Rusiyaya qarşı müharibənin davam etdiyi vaxtda Ukraynanın maaşları ödəməsi və digər xərcləri qarşılaması üçün büdcə dəstəyinin genişləndirilməsini təklif edib

Növbəti ay, dekabrın 14-15-də keçiriləcək sammitdə Ukraynaya yardım paketi səsverməyə çıxarılacaq.

"Macarıstan öz uğurunu riskə salır. Biz onların yanımızda olmasına üstünlük veririk, lakin bir məsələ var ki, insanlar rəsmi Budapeştin hər kəsi girov saxlamasından bezirlər", - AB rəsmilərindən biri deyib, AzadlıqRadiosunun xəbərində qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz