Əsas Səhifə > Economics / Manşet > Rusiya Azərbaycanda Ticarət Evi açacaq
Rusiya Azərbaycanda Ticarət Evi açacaq13-04-2017, 14:06. |
Rusiya İxrac Mərkəzi gələn il Azərbaycanda Ticarət evi açmağı planlaşdırır. SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu Rusiyanın İxrac kreditlərinin və investisiyaların sığortalanması üzrə Agentliyinin müştərilərlə iş və anderraytinq üzrə direktoru Nikita Qusakov Bakıda yerli sahibkarlarla görüşündə deyib. N. Qusakov bildirib: "Biz ticarət evləri şəbəkəmizi genişləndiririk. Artıq müxtəlif ölkələrdə 4 Ticarət evimiz var". Onun sözlərinə görə, bu il daha 4-5 Ticarət evinin açılması planlaşdırılır: "Azərbaycanda əsasən kiçik və orta bizneslə işə istiqamətlənmişik". N. Qusakov qeyd edib ki, Azərbaycanda açılması nəzərdə tutulan Ticarət evi Rusiya İxrac Mərkəzinin Cənubi Qafqazda ilk Ticarət mərkəzi olacaq. Geri qayıt |