Rusiya Azərbaycanda Ticarət Evi açacaq

Xəbərin çap versiyası
Tarix: 13-04-2017, 14:06
Rusiya Azərbaycanda Ticarət Evi açacaq


Rusiya İxrac Mərkəzi gələn il Azərbaycanda Ticarət evi açmağı planlaşdırır.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu Rusiyanın İxrac kreditlərinin və investisiyaların sığortalanması üzrə Agentliyinin müştərilərlə iş və anderraytinq üzrə direktoru Nikita Qusakov Bakıda yerli sahibkarlarla görüşündə deyib.

N. Qusakov bildirib: "Biz ticarət evləri şəbəkəmizi genişləndiririk. Artıq müxtəlif ölkələrdə 4 Ticarət evimiz var".

Onun sözlərinə görə, bu il daha 4-5 Ticarət evinin açılması planlaşdırılır: "Azərbaycanda əsasən kiçik və orta bizneslə işə istiqamətlənmişik".

N. Qusakov qeyd edib ki, Azərbaycanda açılması nəzərdə tutulan Ticarət evi Rusiya İxrac Mərkəzinin Cənubi Qafqazda ilk Ticarət mərkəzi olacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz