Əsas Səhifə > Economics / Manşet > “Goldman Sachs”: İlin ikinci rübündə bazarda neft ehtiyatları azalacaq
“Goldman Sachs”: İlin ikinci rübündə bazarda neft ehtiyatları azalacaq22-04-2017, 09:00. |
ABŞ-da xam neft ehtiyatlarının azalması, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasını nəzərdə tutan sazişi və tələbatın artmasının təsiri ilə ilin ikinci rübü ərzində bazarda ehtiyatlar azalacaq. SİVİL.AZ xəbər verir ki, dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədirlər. Ekspertlər bu həftə neft bazarında qiymətin aşağı düşməsinə səbəb kimi hər hansı bir əsas faktorun olmadığı qənaətindədirlər. “Goldman Sachs”dan fərqli olaraq investorlar ABŞ-da neft ehtiyatlarının 2015-ci ilin avqustundan indiyədək artmasının OPEC və digər istehsalçıların hasilatı azaltmalarını kölgədə qoyacağına dair narahatdırlar. Geri qayıt |