“Goldman Sachs”: İlin ikinci rübündə bazarda neft ehtiyatları azalacaq

Xəbərin çap versiyası
Tarix: 22-04-2017, 09:00
“Goldman Sachs”: İlin ikinci rübündə bazarda neft ehtiyatları azalacaq


ABŞ-da xam neft ehtiyatlarının azalması, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasını nəzərdə tutan sazişi və tələbatın artmasının təsiri ilə ilin ikinci rübü ərzində bazarda ehtiyatlar azalacaq.

SİVİL.AZ xəbər verir ki, dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədirlər. Ekspertlər bu həftə neft bazarında qiymətin aşağı düşməsinə səbəb kimi hər hansı bir əsas faktorun olmadığı qənaətindədirlər.

“Goldman Sachs”dan fərqli olaraq investorlar ABŞ-da neft ehtiyatlarının 2015-ci ilin avqustundan indiyədək artmasının OPEC və digər istehsalçıların hasilatı azaltmalarını kölgədə qoyacağına dair narahatdırlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz